Fransa və Azərbaycan musiqisi axşamı keçirilib (FOTO)


Digərləri 09 Fev 2018 19:39:00 271 0

Fransa və Azərbaycan musiqisi axşamı keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzi "Yeni nəsil dəvət edir" adlı yeni geniş layihə təqdim edib.

Bakı. Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində “Fransa və Azərbaycan musiqisi axşamı” konserti keçirilib. Trend-in məlumatına görə, ön söz olaraq ADMİU-nun əməkdaşı, sənətşünaslıq magistrı, bəstəkar Aysel Hacıyeva çıxış edərək universitet tələbələrinin klassik musiqi sahəsindəki uğurlarından danışıb. Musiqi axşamında XX əsr fransız musiqi mədəniyyətinin, musiqi impressionizminin önəmli simalarından olan C.Debussinin, L.Delibin, J.Massnenin, K.Sen-Sansın, eyni zamanda Azərbaycan bəstəkarlarından Q.Qarayevin və C.Hacıyevin əsərləri səslənib. Konsertdə tələbələrdən Beynəlxalq müsabiqələr laureatları Leyla Fərəcova, Aysun Qəmbərova, Nigar Hüseynzadə, Rəşad Kazımov, Sevda Axundova, Leyla Əliyeva, Səbinə Mehdiyeva, habelə Səbuhi Həsənov, Günel İbrahimli, Esmira Heydərova, Zaur Məmmədov, Zəkiyyə Qasımzadə, Sahib Məmmədov, Pərvin Paşazadə piano, klassik gitara, fleyta, violin və başqa musiqi alətlərində ifa ediblər.