Azərbaycan məhsulları “Prodexpo 2018” Sərgisində mükafat alıb


Dünya 09 Fev 2018 19:24:00 294 0

Azərbaycan məhsulları “Prodexpo 2018” Sərgisində mükafat alıb

Moskva şəhərində keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın 4 şirkəti Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "İlin ən yaxşı məhsulu 2018" nominasiyası üzrə qızıl medallara layiq görülüb.

Son.az Trend-ə istinadən bildirir ki,  belə ki, Azərbaycanın "Ayan" MMC şirkəti mineral çeşmə suyuna və alkoqolsuz içkiyə, "Bal xurma" şirkəti quru xurma və yarıqurudulmuş xurma məhsuluna görə hər biri 2 qızıl medalla təltif olunub. Bundan başqa, "Azərstar" şirkəri fındıq nüvəsi və fındıq ununa, Babək "Sirab" ASC təbii və müalicəvi suya görə qızıl medal alıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu isə "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisinə göstərdiyi dəstəyə görə mükafata layiq görülüb.


Xəbərə aid fotolar