Lovren: "Bu qaydaları anlamaqda çətinlik çəkirəm"


İdman 09 Fev 2018 19:25:00 276 0

Lovren: "Bu qaydaları anlamaqda çətinlik çəkirəm"

"Liverpool"un müdafiəçisi Deyan Lovren "Tottenham"lə oyunda (2:2) hakim Conatan Mossun London klubunun lehinə 2 penalti təyin etməsindən danışıb. Goal.az xəbər verir ki, xorvatiyalı futbolçu bunları deyib:

"İndiyə qədər baş verənlərə inana bilmirəm. İki vəziyyətin təkrarına baxdım və daha çox təəccübləndim. Meydandan fərqli görünüş vardı. Bu qaydaları anlamaqda çətinlik çəkirəm. Belə eizodlarda videotəkrar sistemi lazımdır. Amma oyun zamanı heç kim nə olduğu başa düşmədiyi halda bu sistem yox idi".