Azərbaycan məhsulları “Prodexpo 2018” Sərgisində mükafat alıb (FOTO)


Digərləri 09 Fev 2018 19:04:00 279 0

Azərbaycan məhsulları “Prodexpo 2018” Sərgisində mükafat alıb (FOTO)

Azərbaycanın 4 şirkəti “İlin ən yaxşı məhsulu 2018” nominasiyası üzrə qızıl medallara layiq görülüb.

Bakı. Moskva şəhərində keçirilən “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın 4 şirkəti Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “İlin ən yaxşı məhsulu 2018” nominasiyası üzrə qızıl medallara layiq görülüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, belə ki, Azərbaycanın “Ayan” MMC şirkəti mineral çeşmə suyuna və alkoqolsuz içkiyə, “Bal xurma” şirkəti quru xurma və yarıqurudulmuş xurma məhsuluna görə hər biri 2 qızıl medalla təltif olunub. Bundan başqa, “Azərstar” şirkəri fındıq nüvəsi və fındıq ununa, Babək “Sirab” ASC təbii və müalicəvi suya görə qızıl medal alıb.