"Sevilla" Karolun adını iştirak ərizəsindən çıxardı


İdman 09 Fev 2018 18:52:00 305 0

"Sevilla" Karolun adını iştirak ərizəsindən çıxardı

"Sevilla" İspaniya Primerasının ikinci dövrəsinə görə hazırlanan iştirak ərizəsindən 1 futbolçunun adını çıxarmalı olub. Goal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Lionel Karolun adı siyahıdan çıxarılıb. Primeranın reqlamentinə əsasən iştirak ərizəsində 25 futbolçunun adı ola bilər. Karol isə 26-cı olub. İştirak ərizəsində fransalı futbolçunun mövqeyində oynaya biləcək 3 futbolçunun olması onu "oyundan kənar vəziyyətə" salıb.

Bu mövsüm La Liqada 6 oyun keçirən Karol "Sevilla"da icarə əsasında çıxış edir. Onun transfer hüquqları "Galatasaray"a məxsusdur.