Duterte: Tramp yaxşı prezidentdir


Dünya 09 Fev 2018 18:36:00 322 0

Duterte: Tramp yaxşı prezidentdir

Filippin Prezidenti Rodriqo Duterte ABŞ-lı həmkarı Donald Trampı "yaxşı prezident" hesab etdiyini bildirib.

Son.az Trend-ə istinadən bildirir ki,  R.Duterte bu sözləri mətbuat konfransı zamanı deyib.

O, D.Trampın öz ölkəsi üçün çox işlər gördüyünü qeyd edib: "İnandırım sizi, mən Trampı dəstəkləyirəm. O, yaxşı prezidentdir və ölkəsi üçün çox şey edir. Sadəcə onu başa düşmürlər".

Qeyd edək ki, keçmişdə R.Duterte ABŞ-ın keçmiş prezidenti Barak Obama haqqında sərt fikirlər səsləndirmiş və onu "it oğlu" adlandırmışdı.