İtaliyada küçədə atışma nəticəsində 5 nəfər yaralanıb
Dünya 09 Fev 2018 17:30:09 241 0
Atəş açan şəxs qaçaraq gizlənməyi bacarıb
İtaliyanın Piza şəhərində küçədə baş verən atışma nəticəsində azı beş nəfər yaralanıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, atəş açan şəxs motosikletlə hərəkət edib.
Baş verən hadisəyə səbəb kimi yoldan keçənlərlə təhlükəli manevrlər edən motosikletçi arasında yaranmış mübahisə göstərilir. Sürücü onu təhqir etdikləri üçün silahına əl atıb.
Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs qaçaraq gizlənməyi bacarıb. Polis və karabinyerlər onun axtarışını həyata keçirlər.
Mənbə: report.az