Bakıda ahıl qadına qarşı quldurluq edən şəxs tutuldu FOTO


Digərləri 09 Fev 2018 17:24:00 287 0

Bakıda ahıl qadına qarşı quldurluq edən şəxs tutuldu  FOTO

Paytaxtın Nizami rayonunda ahıl qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, zərərçəkən nazirliyin "102" Zəng Mərkəzinə məlumat verərək bildirib ki, yanvarın 31-də Nizami rayonu R.Rüstəmov küçəsi 47 ünvanında yerləşən mənzilinə keçmiş qonşusu Kirill adlı şəxs su istəmək adı ilə daxil olub.

Daha sonra həmin şəxs ona bıçaqla hədə-qorxu gələrək sol əlinə xəsarət yetirib və mənzildə olan qiymətli əşyaları götürərək hadisə yerindən qaçıb.

Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə ötürülən kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kirill Bakutov saxlanılıb və o, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.


Xəbərə aid fotolar