Mogerini: "Cənub Qaz Dəhlizi" həm Azərbaycanın, həm də Aİ-nin maraqlarına xidmət edir


Digərləri 09 Fev 2018 17:24:00 209 0

Mogerini: "Cənub Qaz Dəhlizi" həm Azərbaycanın, həm də Aİ-nin maraqlarına xidmət edir

"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətinin bir hissəsidir və həm rəsmi Bakının, həm də Avropa İttifaqının (Aİ) maraqlarına xidmət edir.

Bakı. Əli Mustafayev - "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətinin bir hissəsidir və həm rəsmi Bakının, həm də Avropa İttifaqının (Aİ) maraqlarına xidmət edir. Trend-in məlumatına görə, bunu Aİ-nin ali nümayəndəsi Federika Mogerini Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib. F.Mogerini qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Azərbaycanla Aİ arasında hər iki tərəfin maraqlarına cavab verən energetika sahəsində strateji əməkdaşlığa nümunələrdən yalnız biridir: