Formula 1 Azərbaycan Qran Prisi üçün bəzi tribunalara biletlər bitmək üzrədir


Digərləri 09 Fev 2018 17:11:00 341 0

Formula 1 Azərbaycan Qran Prisi üçün bəzi tribunalara biletlər bitmək üzrədir

Builki bilet satışından çox razıyıq. Çünki ötənilki Formula 1 Azərbaycan Qran Prisinin özü bizim üçün çox böyük reklam oldu. Ötən il Qran Prinin maraqlı keçməsi Bakıya təbliğat baxımından müsbət təsir göstərdi və builki yarışa daha çox insanın gəlməsi üçün şərait yaratdı. Biletlərlə bağlı ilk endirim kampaniyamız da uğurlu keçdi. Satış tendensiyasına baxsaq, keçən iki illə müqayisədə çox böyük artım var. Filarmoniya tribunasına isə olan demək olar ki, yerlər qalmayıb, biletlər bitmək üzrədir.

Son.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib. Bütün biletləri tam satılan dünya şöhrətli musiqi qrupu Bakıda konsert verəcək BŞH sözçüsü biletləri əsasən kimlərin aldığına da aydınlıq gətirib: "Biletlərin ölkələr üzrə alınmasına görə isə ənənəvi olaraq birinci yerdə yenə də Rusiyadır. İkinci yerdə Böyük Britaniyadır. Böyük Britaniyadan olan fanatların sayı kütləvi surətdə artır. Digər yerlərdə də Avropa ölkələri - Almaniya, Niderland və s. gedir. Ümumiyyətlə, indiki mərhələdə yarışa biletləri Azərbaycan vətəndaşları ilə müqayisədə əcnəbilər daha çox alır. Bu həmişə belə olur, Azərbaycan vətəndaşları biletləri əsasən, yarışa təxminən 1 ay qalmış və ya son həftələrdə alırlar. Biz əminik ki, konsert proqramları elan olunandan sonra biletlərin alınmasına maraq daha da artacaq".

BŞH rəhbərliyindən Formula 1 açıqlaması - Builki həftəsonu çox fərqli olacaq N.Arpadarainin sözlərinə görə, indi yarışlara hazırlıq prosesinin ən aktiv mərhələsidir: "Ola bilər ki, kənardan o qədər də görünmür, amma bizdə işlər çox sürətli gedir. Çünki bu il Qran Priyə hazırlıqlar üçün ötənilkindən 2 ay az vaxtımız var. Artıq tribunaların tikintisi işləri başlanıb. Digər tərəfdən, yollarda təhlükəsizlik üçün beton bloklar quraşdırılır. Martın əvvəllərində tribunaların tikintisi daha sürətli şəkil alacaq və yarış üçün lazım olan bütün infrastruktur lazım olan vəziyyətə gətiriləcək. Digər tərəfdən, xarici ölkələrdə Azərbaycan Qran Prisinin təbliğatı işləri aparılır. İnternet vasitəsilə Formula 1 həvəskarlarına və bilet almaq istəyən azarkeşlərə məlumatlar çatdırılır".