Paytaxtda ahıl qadına qarşı quldurluq edən keçmiş qonşusu saxlanılıb


Digərləri 09 Fev 2018 16:37:33 208 0

Paytaxtda ahıl qadına qarşı quldurluq edən keçmiş qonşusu saxlanılıb

Paytaxtın Nizami rayonunda ahıl qadına qarşı quldurluq edilib.

Bakı. Paytaxtın Nizami rayonunda ahıl qadına qarşı quldurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, zərərçəkən nazirliyin “102” Zəng Mərkəzinə məlumat verərək bildirib ki, yanvarın 31-də Nizami rayonu R.Rüstəmov küçəsi 47 ünvanında yerləşən mənzilinə keçmiş qonşusu Kirill adlı şəxs su istəmək adı ilə daxil olub. Daha sonra həmin şəxs ona bıçaqla hədə-qorxu gələrək sol əlinə xəsarət yetirib və mənzildə olan qiymətli əşyaları götürərək hadisə yerindən qaçıb.