Elmar Məmmədyarov: "Bu, yüngül proses deyil


Siyasət 09 Fev 2018 16:24:00 266 0

Elmar Məmmədyarov: "Bu, yüngül proses deyil

"Azərbaycan və Avropa İttifaqı (Aİ) strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə intensiv məşvərətlər aparır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasının yekununda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təşkilatın Ali komissarı Federika Mogerini ilə birgə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, hazırda sazişin maddələri barədə intensiv danışıqlar gedir: "Etiraf etməliyəm ki, bu, yüngül proses deyil. İndi ticarət maddəsi barədə danışıqlar aparılır".

E.Məmmədyarov onu da əlavə edib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün işləri davam etdirir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində