Bu səlahiyyətlər iki qurum arasında bölüşdürülür


Digərləri 09 Fev 2018 15:50:00 293 0

Bu səlahiyyətlər iki qurum arasında bölüşdürülür

Bitki mühafizəsi və karantini sahəsində (heyvan və bitki mənşəli məhsullar və xammal istisna olunmaqla) dövlət nəzarətinin və xidmətlərin göstərilməsinin Kənd Təsərüfatı Nazirliyinin səlahiyyətində qalması, heyvan və bitki mənşəli məhsullar və xammal da daxil olmaqla, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsinin isə Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət bölgüsünə daxil edilməsi təklif olunur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Baytarlıq haqqında" qanuna dəyişikliklə bağlı təklif irəli sürülüb.

Qanun layihəsi Milli Məclisin Aqrar siysət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

"Baytarlıq haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, heyvan mənşəli məhsullar insan istehlakı üçün yararlı olan ət, süd, yumurta, bal və emal yolu ilə alınan məhsullardır. Heyvan mənşəli xammallar gön, dəri, yun, tük, qıl, lələkdir.