Dövlət SanitariyaEpidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edildi


Digərləri 09 Fev 2018 15:55:00 237 0

Dövlət SanitariyaEpidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edildi

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Sanitariya- epidemioloji salamatlıq haqqında" qanuna dəyişikliklər edilir.

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla, Azərbaycan ərazisinin sağlamlıq üçün təhlükəli ərzaq məhsullarının idxalından sanitariya mühafizəsi olub. Xidmətin bu vəzifəsi ləğv edilir.

Bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Dövlət sanitariya nəzarəti artıq qida məhsullarına şamil edilməyəcək.