Laportun "Manchester City"yə transferi kiçik fransız klubunu dağılmaqdan xilas etdi


İdman 09 Fev 2018 15:48:00 309 0

Laportun "Manchester City"yə transferi kiçik fransız klubunu dağılmaqdan xilas etdi

Qış fasiləsində Emerik Laportun "Manchester City" klubuna transferi kiçik bir fransız klubunu müflis olmaqdan xilas edib. Goal.az xəbər verir ki, söhbət Fransa çempionatının 8-ci divizionunda çıxış edən "Sporting Union of Agen" klubundan gedir. Laportun yetişdirilməsində roluna görə onun 57 milyon funt transfer qiymətindən 570 min funt "Agen"ə ödənilib. Bu vəsait sayəsində klub futbolçularının məvacibini və borclarını tamamilə ödəyib.

Laport 2000-ci ildə "Agen"də futbolun sirrlərini öyrənməyə başlayır. Yarımpeşəkar səviyyədə 12-16 yaşlarında onun uşaq komandalarında oynayıb.

"Tale bizim qapımızı döydü. Bizim zəhmətimizə gözəl hədiyyə oldu. Borclar ödənməsəydi, mövsümün sonunda klub fəaliyyətini dayandırmalı olacaqdı" - "Agen"in prezidenti Jan-Klod Brunel deyib.