Əmək müqaviləsinə xitam veriləcəyi hədəsi ilə işçini əmək funksiyasına aid olmayan işi görməyə məcbur etmək qadağandır (FOTO)


Digərləri 09 Fev 2018 15:54:00 237 0

Əmək müqaviləsinə xitam veriləcəyi hədəsi ilə işçini əmək funksiyasına aid olmayan işi görməyə məcbur etmək qadağandır (FOTO)

Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusunda seminar keçirilib

Bakı. Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusunda seminar keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına uyğun olaraq əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə keçirilən növbəti seminar “Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusuna həsr olunub. Xidmətin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin iştirakı ilə keçən seminarda məcburi əməyin qanunla qadağan olunduğu vurğulanıb. Ölkəmizin Beynəlxalq Əmək Təşkilatının “Mәcburi әmәk һaqqında” 29 saylı Konvensiyasına qoşulduğu, bu sənədlərdən irəli gələn prinsiplərin milli qanunvericilikdə də əksini tapdığı diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Konstitusiyasına görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu konstitusion prinsip milli əmək qanunvericiliyində də əksini tapıb. Əmək Məcəlləsində deyilir: “Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər”.