Məmmədyarov: Qanunsuz səfərlər Aİ ilə Ermənistan arasında readmissiya haqqında sazişin pozulması ilə müşayiət olunur


Digərləri 09 Fev 2018 15:49:24 224 0

Məmmədyarov: Qanunsuz səfərlər Aİ ilə Ermənistan arasında readmissiya haqqında sazişin pozulması ilə müşayiət olunur

Qanunsuz səfərlər Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında readmissiya haqqında sazişin pozulması ilə müşayiət olunur.

Bakı. Qanunsuz səfərlər Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında readmissiya haqqında sazişin pozulması ilə müşayiət olunur. Trend-in məlumatına görə, bunu Brüsseldə xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında çıxışında deyib. Nazir qeyd edib ki, 2017-ci il Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün məhsuldar və perspektivli olduğunu sübut etdi. Azərbaycan Prezidentinin 2017-ci ilin fevral ayında Brüsselə səfəri bu sahədə mühüm rol oynayıb. Yeni ikitərəfli sənəd üzərində danışıqlar prosesinin rəsmi başlanması və hər iki tərəfdən yüksək səviyyəli bəyanatlar qarşılıqlı maraqların olduğunu göstərdi. E.Məmmədyarov deyib ki, Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı (ŞT) Sammiti Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın regionda çətin vəziyyətin real nəzərə alınması və ŞT-nin gətirə biləcəyi faydalar və potensial əlavə dəyərlərə əsaslanmalı olduğunu sübuta yetirdi: "2020-ci ilədək 20 çatdırılma” (20 Deliverables by 2020) bizi aydın müəyyən məqsədlərlə müvafiq əməkdaşlıq sahələri, istəklər və həyata keçiriləcək zaman çərçivələrinə diqqət yetirməyə imkan verir. Üç illik aradan sonra biz Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) dialoq mexanizmlərini yenidən başladıq və müvafiq alt-komitə və Parlament əməkdaşlıq komitəsinin iclasları keçirildi. İki tərəf Aİ - Azərbaycan tərəfdaşlığı prioritetləri (2018-2020) üzrə məsləhətləşmə prosesi ilə məşğul oldu və biz bu mühüm sənədin yekunlaşdırılmasını dəstəkləyirik. Biz Avropa Qonşuluq Siyasətinə (ENP) fərqlilik, çeviklik və daha çox sahiblik prinsiplərini inteqrasiya etmək və 2015-2017-ci illər üçün yenidən işlənmiş ENP Avropa İttifaqı-Azərbaycan Tərəqqi Hesabatının hazırlanması prosesində Aİ-nin əməkdaşlığını yüksək qiymətləndiririk". Nazir əlavə edib ki, bu gün Azərbaycan Cənubi Qafqazda Aİ-nin ən böyük ticarət tərəfdaşıdır. Belə ki, Azərbaycanın ticarət dövriyyəsinin 46% Aİ-nin payına düşür. Avropa İttifaqı da Azərbaycanda ən böyük investorudur və son 10 ildə Aİ üzv ölkələr tərəfindən iqtisadiyyatımıza həm neft, həm də qeyri-neft sektorunda 20 milyard dollardan artıq sərmayə qoyulub: