Anarın federasiyası fəaliyyətini dayandırdı


Digərləri 09 Fev 2018 15:34:00 241 0

Anarın federasiyası fəaliyyətini dayandırdı

"Azərbaycan Qolf Federasiyası  fəaliyyətini dayandırıb. Çoxdandır ki, federasiyanın qapıları bağlıdır". 

Son.az xəbər verir ki, bu barədə modern.az-a federasiyanın keçmiş işçiləri məlumat verib. 

Keçmiş işçilər bildirib ki, federasiya heç beynəlxalq yarışlara da qatıla bilmirdi.

"Federasiya fəaliyyətini  qurumun rəhbəri Anar Məmmədovun (eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu-red.) işinin başında olmamasından sonra dayanıb. Çünki Qolf Federasiyası dövlət büdcəsindən maliyyələşməyib. İşçilər də bir neçə ay əmək haqqı almadıqdan sonra işə çıxmaqdan imtina ediblər. İş ondadır ki, Anar Məmmədovun  federasiyadan uzaqlaşdırılması üçün xüsusi iclas da keçirilməyib. Hətta, bizdə olan məlumata görə, federasiyanın çoxlu borcu var".

İşçilər Qolf Federasiyasının yenidən təşkil oluna bilməsindən da söz açıblar.