Futbol üzrə dünya çempionatının Kubokunun əsli Prezident İlham Əliyevə təqdim edilib


Siyasət 09 Fev 2018 15:00:00 264 0

Futbol üzrə dünya çempionatının Kubokunun əsli Prezident İlham Əliyevə təqdim edilib

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, fevralın 9-da Kubok Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.