Avropa İttifaqının ali nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsi çox ciddi problem olaraq qalır"


Siyasət 09 Fev 2018 14:55:15 293 0

Avropa İttifaqının ali nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsi çox ciddi problem olaraq qalır"

Ali nümayəndə Vyana, Sankt-Peterburq və Cenevrədə yüksək səviyyəli dialoqun bərpasını alqışlayıb

"Dağlıq Qarabağ münaqişəsi çox ciddi problem olaraq qalır".

"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunları üzrə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O, Vyana, Sankt-Peterburq və Cenevrədə yüksək səviyyəli dialoqun bərpasını alqışlayıb və tərəfləri danışıqların intensivləşdirməyə və təmas xəttində gərginliyi azaltmağa çağırıb.

"Status-kvo dayanıqlı deyil və münaqişənin hərbi bir həlli yoxdur. Onun beynəlxalq hüquq çərçivəsində siyasi həllini tapmaq lazımdır", - Mogerini qeyd edib.

Ali nümayəndə bildirib ki, Aİ ATƏT-in Minsk qrupunun səylərini və etimadın yaradılması üzrə tədbirlərini dəstəkləyir.