Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb


İqtisadiyyat 09 Fev 2018 14:44:55 255 0

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Rusiyada rublunun məzənnəsində dəyişiklik olmayıb

Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7,5%-ə endirib.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Bankın press-relizində məlumat verilir.

Xatırladaq ki, Rusiya Bankı 2017-ci ildə 6 iclasda faizləri azaldıb. Qeyd edək ki, Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozu ilə üst-üstə düşüb. Analitiklər də Rusiya Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını proqnozlaşdırırdılar. Bundan əvvəlki iclasda, dekabrın 15-də Rusiya Bankı uçot dərəcəsini 0,5 faiz bəndi azaldıb.

"Report" xəbər verir ki, bu qərar rublun məzənnəsinə təsir etməyib və ABŞ dollarının məzənnəsi 58 RUB/USD səviyyəsində sabit qalıb.