Azərbaycanda yaxın vaxtlarda kök hüceyrə mərkəzi fəaliyyətə başlayacaq


Digərləri 09 Fev 2018 14:43:00 318 0

Azərbaycanda yaxın vaxtlarda kök hüceyrə mərkəzi fəaliyyətə başlayacaq

Elə ölkə var ki, insanlar vəsiyyət etməyibsə, ölən zaman orqanları götürülə bilməz. Yaxud Rusiya kimi ölkələr də var ki, qohumlarının icazəsi olmadan beyin ölümü gerçəkləşən insanlardan orqan götürülməsinə yol verilmir.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin "İnsan orqan və (və ya) toxumalarının transplantasyiası haqqında" qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə komitə sədri Əhliman Əmiraslanov bildirib.   Ə. Əmiraslanov milli mentalitet nəzərə alınaraq, qohumlarının icazəsi olmadan beyin ölümü gerçəkləşən insanlardan, meyitdən orqan götürülməsinə qarşı olduğunu söyləyib: "Bəzən belə fikirlər səslənir ki, meyitxanada meyitlərdən orqan götürülsün. Morqlarda orqan götürülməsi üçün şərait var? Buna görə də bu məsələdə maarifçilik önəmlidir. Yaxud elə insanlar var ki, şəffaflıq olmasa, orqanlarını bağışlamayacağını bildirir. Qanunda bütün detallar yazıla bilməz, məsələnin əsas məğzi qanunda əksini tapmalıdır. Qanundan sonra Səhiyyə Nazirliyi müvafiq təlimatlar, əsasnamələr hazırlamaladır və detallar orada əksini tapmalıdır".   Ə.Əmiraslanov Azərbaycanda kök hüceyrə mərkəzinin yaxın vaxtlarda yaradılacağını bildirib: "Genetik Ehtiyatlar İnstitutunda kök hüceyrə mərkəzinin yaradılması istiqamətində iş yekunlaşır. Biz kök hüceyrə mərkəzinin yaradılmasında gecikmişik. Təkcə Türkiyədə 100-dən çox kök hüceyrə mərkəzi var".