Azərbaycanın 20 ildir axtarışa verdiyi mütəşəkkil cinayətkar dəstənin başçısı Moskvada tutuldu


Kriminal 09 Fev 2018 14:47:00 269 0

Azərbaycanın 20 ildir axtarışa verdiyi mütəşəkkil cinayətkar dəstənin başçısı Moskvada tutuldu

Moskvada başqa adla gizlənən, azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin lideri saxlanılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.

O bildirib ki, 49 yaşlı azərbaycanlı 1997-ci ildə Azərbaycanda törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə beynəlxalq axtarışda olub. 

Onun 20 ildir axtarışda olduğu bildirilir.