Məşhur musiqi qrupu Bakıda konsert verəcək


Digərləri 09 Fev 2018 14:38:15 227 0

Məşhur musiqi qrupu Bakıda konsert verəcək

Fank musiqi janrının əfsanələri aprelin 27-də Kristal Zalda tamaşaçıların qarşısına çıxaraq canlı performans nümayiş etdirəcəklər.

Bakı. Fank musiqi janrının əfsanələri aprelin 27-də Kristal Zalda tamaşaçıların qarşısına çıxaraq canlı performans nümayiş etdirəcəklər. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, 2018 Formula 1 Azərbaycan Qran Prisi yarış həftəsonunun ilk gecəsində səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai musiqi qrupu çıxacaq. Ötən illərdəkindən fərqli olaraq bu il yarış həftəsonunda dünya ulduzlarının iştirakı ilə baş tutacaq axşam konsertləri ilk dəfə olaraq Kristal Zalında keçiriləcək. Caz musiqisinin təmsilçisi olan Cey Key tərəfindən 1992-ci ildə Londonda yaradılan bu qrup qısa müddətdə məşhurlaşaraq dünyanın ən uğurlu musiqi qruplarından birinə çevrilib. 25 illik fəaliyyət müddəti ərzində 27 milyondan çox albom satan bu qrup “Grammy”, “Ivor Novello” və “MTV Moonmen” mükafatlarına layiq görülüb, Böyük Britaniyada 13 dəfə nominasiya əldə edib və biletləri tamamilə satılan beş dünya turunu reallaşdırıb.