Salyanda narkotiklə tutulan şəxs boğazını kəsdi


Kriminal 09 Fev 2018 14:13:21 303 0

Salyanda narkotiklə tutulan şəxs boğazını kəsdi

Salyanda polis narkotiklərlə mübarizə tədbirləri çərçivəsində keçirilən tədbirlər zamanı saxlanılan şübhəli şəxsi özünə xəsarət yetirib. 

Son.az APA-ya istinadən xəbər verir ki, Salyan sakini, 1986-cı il təvəllüdlü Hüseynov Hüseyn Zeynalabdin oğlu narkotiklə saxlanılan zaman boğazını ülgüclə kəsib. O, xəstəxanaya çatdırılıb, müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.