Türkiyə və ABŞ-ın müdafiə nazirləri görüşəcək


Dünya 09 Fev 2018 13:54:03 302 0

Türkiyə və ABŞ-ın müdafiə nazirləri görüşəcək

Gələn həftə baş tutacaq görüşdə Suriydakı vəziyyət müzakirə olunacaq

Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-dan olan həmkarı Ceyms Mattsla görüşəcək.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Matts bildirib.

Gələn həftə baş tutacaq görüşdə Suriydakı vəziyyət, o cümlədən ABŞ hərbçilərinin Münbiçdən çıxarılması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

C.Matts deyib ki, Münbiç məsələsində Türkiyənin etirazları davam edir: “Ancaq indiyədək məsələ ilə bağlı heç bir dəyişiklik yoxdur”.