Türkiyə iki kəndi də terrorçulardan azad etdi


Dünya 09 Fev 2018 13:51:00 231 0

Türkiyə iki kəndi də terrorçulardan azad etdi

"Zeytun budağı" əməliyyatı 21 gündür davam edir

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı 21 gündür davam edir.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə bu gün iki kəndi terrorçulardan azad edib.

Türkiyə Silahlı Qüvvələrinin əsgərləri Azad Suriya Ordusunun əsgərləri ilə birlikdə Nisriyye və Dükkan kəndlərini tutublar. "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 42-yə çatıb.