Xaçmazda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb


Digərləri 09 Fev 2018 13:56:53 261 0

Xaçmazda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun rayonun Ağ-çay kənd sakini, əvvəllər məhkum olunmuş Həsən Qasımov olduğu məlum olub. Baxış zamanı onun üzərindən 1 bükümdə narkotik vasitə olan marixuana aşkar olunub. Ətrafında aparılan tədbirlərlə onda əlavə narkotik maddə olduğu müəyyən edilib. H.Qasımovun yaşadığı evə baxış zamanı sellofan torbada çəkisi 460 qram olan qurudulmuş marixuana da aşkar edilib.