Cavid Qurbanov: "Bu dəfə də dəmiryolçular prezident seçkilərində ölkəmizin işıqlı gələcəyinə səs verəcəklər"


Digərləri 09 Fev 2018 13:40:00 303 0

Cavid Qurbanov: "Bu dəfə də dəmiryolçular prezident seçkilərində ölkəmizin işıqlı gələcəyinə səs verəcəklər"

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində son üç ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirin ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Həmişə olduğu kimi, bu dəfə də dəmiryolçular prezident seçkilərində aktivlik göstərəcək və ölkəmizin işıqlı gələcəyinə səs verəcəklər.

C.Qurbanov sonra son üç il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın Bakı-Tbilisi-Qars, "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.

O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev son üç il ərzində bir neçə dəfə dəmir yolunda olub. Belə ki, ölkə başçısı 3 iyun 2015-cı ildə Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub, 12 sentyabr 2015-cı ildə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib. 28 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləcəri stansiyasında səyyar "ASAN qatar"la tanış olub. 10 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında və Bakı Dəmir Yolu Vağzalında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar və görülən işləri yüksək qiymətləndiriblər:

"Bilirsiniz ki, 30 oktyabr 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak etdilər. Azərbaycan Prezidenti İlham Əliyev bu nəqliyyat dəhlizinin əhəmiyyətini dəfələrlə vurğulayıb. O bildirib ki, biz tərəfdaşlarımız - Gürcüstan və Türkiyə ilə dəmir yolunun inşasının təşəbbüskarı olduq. Bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Biz qarşılıqlı ticarət dövriyyəmizi bu dəmir yolu xətti olmasa belə artıra bilərdik. Ancaq bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirməyə lazımdır. Bu, ən qısa nəqliyyat marşrutudur".

Çıxışına davam edən C.Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, "Şimal-Cənub", "Cənub-Qərb" nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib.

Sonra natiq dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə həyat keçirilən tədbirlərdən danışıb.