Əhliman Əmiraslanov: "Azərbaycanda kök hüceyrə mərkəzləri yaradılmalıdır"


Digərləri 09 Fev 2018 13:30:26 285 0

Əhliman Əmiraslanov: "Azərbaycanda kök hüceyrə mərkəzləri yaradılmalıdır"

Milli Məclisin komitə sədri: "Azərbaycanın beynəlxalq donor banklarına qoşulması vacibdir"

“İnsan orqan və toxumalarının transplantasiyası ilə çatışmazlıqlar aradan qaldırılmalıdır. “Donorluq haqqında” yeni qanun da qəbul edilə bilər”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə komitənin sədri, akademik Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, dəyişikliklər “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunda da əksini tapa bilər. Komitə sədri bildirib ki, Rusiyada və Türkiyə kimi ölkələrdə ölən şəxsin qohumlarının razılığı ilə onun orqanları götürülür: “Azərbaycanda da belədir. Elə ölkələr var ki, insan ölən kimi orqanlarını götürürlər, bu, düzgün deyil”.

O, bu istiqamətdə maarifləndirmə işinin vacibliyindən də danışıb.Ə.Əmiraslanov Azərbaycanın beynəlxalq donor banklarına qoşulmasının vacibliyinə də toxunub. Onun fikrincə, bunun üçün də qanunvericilik təkmilləşdirilməlidir. Komitə sədri vurğulayıb ki, ölkədə kök hüceyrə mərkəzləri yaradılmalıdır: “Bu istiqamətdə Azərbaycan çox geridədir. Türkiyənin 100-dən artıq kök hüceyrə mərkəzi fəaliyyət göstərir”.