​“Mahnı verəcəyim adamları seçirəm”


Şou-biznes 09 Fev 2018 13:35:00 281 0

​“Mahnı verəcəyim adamları seçirəm”

"ARB Ulduz"  un "Şou Məkan" verlişinin budəfəki qonağı müğənni Ramal İsrafilovdur.

Son.az xəbər verir ki, sənətçi, ilk olaraq, tənbəlliyin daşını necə atdığından danışıb: "Əvvəllər o qədər tənbəl, tənbəl deyirdilər. Baxdım gördüm ki, elə düz deyirlər. Ancaq tənbəl sözünü yavaş-yavaş yığışdırmaq lazımdır. Pəhriz, sənət, irəli getmək, məni sevənləri sevindirmək lazımdır. Vəd verirəm ki, bir az da arıqlayacam. Sənətimlə daha çox məşğul olacam". Müğənni daha sonra müasir tələblərə uyğun şəkildə konsert etmək niyyətinin olduğunu söyləyib: "Mən 3 il bundan öncə konsert etsəydim, tam fərqli formada olacaqdı. İdeyamı açıqlamaq istəmirəm, ancaq ola bilsin ki, orkestri azaltdım. Dörd nəfər, bir də mən və rəqqaslar. Nə zamansa konsertim olacaq, fərqli bir şey olacaq. Konsert fikri beynimdədir, düşünürəm, mahnılar seçilir. O mahnı çıxır, bu qalır, aranjman təzələnir. Yay ayları gəlir, yəqin o vaxta kimi çəkim də azalar. Bir az maddi durum adamı çətinliklərə salır. Mən təkəm. Komandam sponsorlara yaxınlaşacaq, biz onlara dəstək olacağıq, onlar da bizə kömək edəcəklər ki, konsertin maddi tərəfləri həll olunsun". Bəzi müğənnilərin aranjmançıları topa tutub onların işi geciktirdiyini söyləyənlərə isə Ramalı cavabı bu cür olub: "Hər kəs öz işi üzərində ciddi, məsuliyyətlə işləsə, o zaman biz kimdəsə səbəb axtarmayacağıq. Mən də hansısa aranjmanım gecikəndə deyirəm ki, filankəs gecikdirdi. Hamımız öz işimiz üzərində məsuliyyətlə dayansaq, o zaman hər şey yaxşı olar. Mən sənət dostlarıma səslənirəm ki, gəlin heç kəsi günahlandırmayaq. Öz işimizdən, sənətimizdən möhkəm yapışaq. İfaçlar mahnı tapmayanda qiymət amilini ortaya atırlar. Günahı bəzən aranjmançıların üzərinə atırlar. Burada elə gözəl aranjmançılar var ki, hətta türklər bizdən öyrənirlər". İfaçı müğənnilər aranjmançıların gözlərini necə yolda qoyduqlarından danışıb: "Marketə girirsən, kimə nisyə mal verirlər? Ona görə də sənətçilər gedib aranjman etdirəndə beh verirlər, sonra aranjmanın yarı hissəsi hazırlanır. Oxumağa başlayanda, keyfiyyəti alanda pul tam ödənilir. Kim bundan sonra aranjmanla bağlı deyinsə, bilin ki, bəhanə edir". Sonda ifaçı iki sözün arası atmacasından da qalmayıb: "İfaçılar çox, pulu olan çox, amma sənət yoxdur. Sponsoru olan çox, amma sənət yoxdur. Mən ona necə pula görə sevilən mahnılarımı verim. Alınmır. Ona görə də mahnı verəcəyim adamları seçirəm. Çalışdığım müğənnilər də göz qabağındadır. Türklər bir sənətçini  götürür, onun klipini də çəkir, mahnısını da aranjman etdirir. Söz verir ki, bir il ərzində səni hamı tanıyacaq. Ancaq bizimkilər mahnını alır, aranjmanı etdirir, klip çəkdirir, bir də baxır ki, təqdimata pul yoxdur. Material əlində qalır, 2-3 ay keçir, zövqlər dəyişilir, aranjmanın keyfiyyəti ölür. O insan da depressiyaya düşə bilər". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto