Ən gözəl ağ brilyant satılır FOTO


Digərləri 09 Fev 2018 13:39:00 348 0

Ən gözəl ağ brilyant satılır  FOTO

Dünyanın ən gözəl və nadir ağ brilyantı Londondakı "Sotheby's" hərracında satışa çıxarılıb.

Satışlar "Sotheby's"in Bond-Stritdəki butikinin fəaliyyətə başlamasının ildönümü ilə bağlıdır.

Son.az Guardian-a istinadən bildirir ki, 102,34 karatlıq ağ brilyant Botsvanada tapılmışdı.

Onun rəngi "D" kimi, yəni "şəffaf, rəngsiz təsir bağışlayan mavi-ağ" təki dəyərləndirilir.

Britaniya taxt-tacının varidatı sayılan məşhur "Kullinan" və "Kohinur" brilyantları təki bu brilyant da dünyada "2A tipi" təki tanınan və bütün almaların cəmi 2 faizini təşkil edən nadir qrupa daxildir.


Xəbərə aid fotolar