Səhiyyə Nazirliyi: "Orqanların alqısatqısı ilə bağlı məhdudiyyəti götürsək, yaxşı olar"


Digərləri 09 Fev 2018 13:12:00 278 0

Səhiyyə Nazirliyi: "Orqanların alqısatqısı ilə bağlı məhdudiyyəti götürsək, yaxşı olar"

Biz bəlkə də transplantasiya üçün orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyəti götürsək, yaxşı olar. Bu qanunda krimimal əməl kimi saxlanılıb. Biz bəlkə də buna icazə verməliyik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov "İnsan orqan və toxumalarının transplantasiyası haqqında" qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmələrdə deyib.

Onun sözlərinə görə, bir çox hallarda insanlar öz aralarında transplantasiya üçün razılığa gəlilər: "Biz buna göz yumuruq, amma reallıq budur. Biz bəlkə də buna icazə verməklə orqan transplantasiyası üçün növbədə olanların problemini həll edə bilərik. Buna görə də müəyyən bir çərçivədə buna icazə verilsə, yaxşı olar. Kriminal məqsəd üçün orqanların satılmasına görə isə sözsüz ki, sərt cəzalar olmalıdır".

E.Əzizdov qeyd edib ki, bu gün vacib məsələlərdən biri donorların xəstənin qohumunun olmasıdır: " Qanunda bununla bağlı bir məhdudiyyət yoxdur. Vətəndaşlar transplantasiya üçün klinikaya gedəndə qohum olmayanda ondan imtina edirlər. Belə halda vətəndaşlar SN-yə müraciət edərək narazılığını bildirirlər".