Səhiyyə Nazirliyinin rəsmisi: "Donorların qohum olması ilə bağlı məhdudiyyət aradan qaldırılmalıdır"


Digərləri 09 Fev 2018 12:57:07 183 0

Səhiyyə Nazirliyinin rəsmisi: "Donorların qohum olması ilə bağlı məhdudiyyət aradan qaldırılmalıdır"

Elxan Əzizov: "Burada faktiki olaraq alqı-satqı olur və ona görə, bu məhdudiyyət aradan qaldırılmalıdır”

“Azərbaycanda səhiyyə sahəsində inkişaf var. “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunu qəbul olunub, tətbiq olunur. Bəzi məsələlərdə dəqiqləşdirmələrə ehtiyac var”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

O qeyd edib ki, donorların qohum olması məsələsi problem olaraq qalmaqdadır: “Bu məsələ, o cümlədən buradakı digər mübahisəli məsələlər həll edilməlidir. İnsanlar klinikalara müraciət edirlər, onlara deyilir ki, donor yalnız qohum ola bilər. Onlar da haqlı olaraq şikayət edirlər. Bu məhdudiyyət aradan qaldırılmalıdır. Bundan başqa, orqanının satışına da icazə verilməsi yaxşı olar. Çünki biz burada “razılaşma” ifadəsindən istifadə edirik. Amma faktiki olaraq, burada alqı-satqı olur. Ona görə, bu məhdudiyyət aradan qaldırılmalıdır”.