Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Azərbaycana rəsmi səfər edəcək


Siyasət 09 Fev 2018 13:00:00 260 0

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Azərbaycana rəsmi səfər edəcək

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Arxiyepiskop Paul Riçard Gallagher 9-12 fevral tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, səfər çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri Xiyaban və Şəhidlər Xiyabanına, Müqəddəs Məryəm katolik kilsəsi, Təzəpir məscidinə ziyarəti və başqa tədbirlərin təşkil edilməsi planlaşdırılır.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində