Brüsseldə AİAzərbaycan Əməkdaşlıq Şurasının 15ci iclası başlayıb FOTO


Siyasət 09 Fev 2018 12:34:00 330 0

Brüsseldə AİAzərbaycan Əməkdaşlıq Şurasının 15ci iclası başlayıb  FOTO

Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilən iclasda tərəflər "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti" çərçivəsində mövcud münasibətlərin vəziyyətini, Avropa İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqları müzakirə edəcəklər.

Həmçinin iqtisadi və ticarət əməkdaşlığı, Azərbaycanda iqtisadi islahatlar, demokratiya, qanunun aliliyi və insan hüquqları kimi siyasi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar