Ana şəhid olan oğlunun nəşini gətirən əsgərin əlini öpdü,


Dünya 09 Fev 2018 12:37:00 364 0

Ana şəhid olan oğlunun nəşini gətirən əsgərin əlini öpdü,

"Mənim balamı sən gətirdin? Bu əllərinlə gətirdin?"

Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı zamanı şəhid olan çavuş Yunus Emre Doğan doğulub böyüdüyü Kilis şəhərinin Polateli qəsəbəsində təşkil olunan cənazə mərasimi ilə son mənzilə yola salınıb. Mərasimdə Ədliyyə naziri Abdulhamit Gül də qatılıb.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 4 qardaşı olan Yunus Emre subay idi. O, hərbi xidmətdən qayıtdıqdan sonra ailə qurmağı planlaşdırırdı.

Türkiyə Ordu qərargahından verilən məlumata görə, o, Afrinin Bülbül kəndində terrorçuların hücumu nəticəsində həlak olub. Onun şəhid olduğu Bülbül kəndi ilə yaşadığı evin arasında cəmi 35 kilometr məsafə var.

Terrorçuların hücumu nəticəsində şəhid olan digər hərbi qulluqçu isə gizir Ömer Bilal Akpınardır. O, evli olub.

Şəhidin anası onun nəşini gətirən əsgərin əlini öpərək ağlayıb.

"Mənim balamı sən gətirdin? Bu əllərinlə gətirdin? (əlini öpür) Allah səni anana atana bağışlasın"


Xəbərə aid fotolar