"Leicester City" Mahrezi cərimələdi


İdman 09 Fev 2018 12:32:00 278 0

"Leicester City" Mahrezi cərimələdi

"Leicester City" Riyad Mahrezi 240 min funt cərimələyib. Goal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi fevralda komandanın məşqlərini buraxır. O, klub rəhbərliyinin icazəsi olmadan Əlcəzairə gedib. Bu, Mahrezin "Leicester"ə özünəməxsus etirazıdır. Ötən qış transfer pəncərəsində rəhbərlik onun "Manchester City"yə transferinə əngəl törətmişdi. Qeyd edək ki, İngiltərə Peşəkar Futbol Assoasiyasının (PFA) sədri Qordon Teylor Mahrezin məşqlərə çıxmayacağı halda məvacib almayuacağını bildirmişdi.

Əlcəzairli havbek 2014-cü ildən "Leicester City"nin şərəfini qoruyur. Onun cari müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.