Beynəlxalq Banka yeni baş direktor təyin edilib


Digərləri 09 Fev 2018 12:30:00 269 0

Beynəlxalq Banka yeni baş direktor təyin edilib

"AccessBank"da kadr dəyişikliyi baş verib.

Bakı. "AccessBank"da kadr dəyişikliyi baş verib. Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, İnsan resursları və administrasiya üzrə İcraçı direktor Aynur Süleymanlı karyerasını Azərbaycan Beynəlxalq Bankında davam etdirəcək. Belə ki, A.Süleymanlı dövlət bankında Baş direktor vəzifəsinə təyinat alıb. A.Süleymanlı, "AccessBank"da çalışmazdan əvvəl 4 il beynəlxalq şirkətdə marketinq tədqiqatları sahəsində çalışıb. 2005-ci ildə "AccessBank"da İnsan resursları üzrə mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb və İcraçı direktor vəzifəsinədək yüksəlib.