Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahan bitdi


Digərləri 09 Fev 2018 12:26:00 362 0

Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahan bitdi

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə yanvarın 28-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Son.az bu barədə DİM-in mətbuat xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək - 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.

DİM tərəfindən keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən və etməyən namizədlərin imtahan nəticələri ilə bağlı bəzi statistik göstəricilərini təqdim edirik. Qeyd edək ki, namizədlərin 11,5%-i xarici, 88,5%-i yerli ali təhsil müəssisələrində təhsil almış şəxslərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərdən müxtəlif illərdə DİM tərəfindən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak edərək yalnız bakalavriat və ya bakalavriat və magistratura səviyyəsinə qəbul olanların sayı 985 nəfər olub. Bu kateqoriyaya aid olan iştirakçılardan 455 nəfər (46%) 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.