Orqan transplantasiyasının inkişafı üçün beyin ölümünü təsdiq edən ayrıca mərkəzə ehtiyac var


Digərləri 09 Fev 2018 12:23:00 246 0

Orqan transplantasiyasının inkişafı üçün beyin ölümünü təsdiq edən ayrıca mərkəzə ehtiyac var

Azərbaycanda orqan transplantasiyasının inkişafı üçün beyin ölümünü təsdiq edən ayrıca mərkəzin yaradılmasına ehtiyac var.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda orqan transplantasiyasının inkişafı üçün beyin ölümünü təsdiq edən ayrıca mərkəzin yaradılmasına ehtiyac var. Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmələrdə deyib. Ə.Əmiraslanovun sözlərinə görə, orqan transplantasiyası bu gün çox sürətlə inkişaf edir: “Bu gün təbabətin bütün sahələrində transplantasiya geniş istifadə edilir. Bu gün insan orqanimizmdə çox az orqan və toxuma olar ki, onu bir insandan digərinə uğurla köçürmək mümkün olmasın”.