Facebook, Netflix və Goggle Premyer Liqanın yayım hüququnu ələ keçirə bilmədi


İdman 09 Fev 2018 12:12:00 372 0

Facebook, Netflix və Goggle Premyer Liqanın yayım hüququnu ələ keçirə bilmədi

2019-2022-ci illərdə İngiltərə Premyer Liqası oyunlarının yayım hüquqlarını ələ keçirmək uğrunda mübarizə davam edir. Goal.az xəbər verir ki, Facebook, Netflix və Goggle kimi internet nəhəngləri artıq bu mübarizədən kənarda qalıb. Onlar 2015-ci ildə "Sky Sports" və "BT Sports"un ödədiyi 5.1 milyard funtdan keçməyə hazır idi. Adı çəkilən 2 kanal növbəti müddətə 200 oyundan ibarət yayım paketinə əsas favoritlər hesab edilir. "Amazon" internet-korporasiyası isə daha ucuz qiymətə Premyer Liqanın bir neçə oyununu yayımlaya bilər.