Zərnigar Ağakişiyeva harada dəfn ediləcək? AÇIQLAMA


Digərləri 09 Fev 2018 11:47:00 300 0

Zərnigar Ağakişiyeva harada dəfn ediləcək?  AÇIQLAMA

Xalq artisti Zərnigar Ağakişiyeva 2-3 gün əvvəl vəfat edibmiş.

Son.az xəbər verir ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon şöbəsindən ölkə.az-a verilən məlumata görə xalq artistinin təxminən 2-3 gün əvvəl ürək xəstəliyindən vəfat etdiyi müəyyənləşdirilib. Ekspertizadan bildirilib ki, sənətkar doğulduğu Quba rayonunda dəfn edilmək üçün hazırlanır.

Xatırladaq ki, "Şöhrət" ordenli xalq artisti Zərnigar Ağakişiyeva ötən gecə yaşadığı mənzildə ölü tapılıb.