Ölkə ərazisində yeni yollar salınacaq (FOTO/VİDEO)


Digərləri 09 Fev 2018 11:37:00 230 0

Ölkə ərazisində yeni yollar salınacaq (FOTO/VİDEO)

Bu il ümumi uzunluğu 2 min km-dən artıq olan və bütün rayonları əhatə edən 102 yol infrastrukturu layihəsinin həyata keçirilməsi planlaşdırır.

Bakı. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yol infrastrukturunun yenidən qurulmasının davam etdirilməsi ilə bağlı çıxışından irəli gələn tövsiyə və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən cari ildə ümumi uzunluğu 2 min km-dən artıq olan və respublika üzrə bütün rayonları əhatə edən 102 yol infrastrukturu layihəsinin həyata keçirliməsini planlaşdırır. AAYDA-dan Trend-ə verilən məlumata görə, bura magistral, respublika və yerli əhəmiyyətli yollar daxildir. Sözügedən layihərə uyğun olaraq, artıq bir çox yollarda yenidənqurma və tikinti işlərinə start verilib. Bu cür yollardan bir neçəsi Xaçmaz rayonunda yerləşir. Bura M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, həmçinin respublika əhəmiyyətli R1 Gəndob-Xaçmaz-Yalama avtomobil yollarının bir hissəsi və 1 kəndlərarası avtomobi yolu daxildir. Sadalanan bu yolların ümumi uzunluqları 152.2 km təşkil edir və 118 min əhalinin yaşadığı 125 yaşayış məntəqəsini əhatə edir. Sözsüz ki, bu yolların yenidən qurulması vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, həm də sənayenin, kənd təsərrüfatının və turizmin inkişafına səbəb olacaq. Respublika əhəmiyyətli R1 Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 24 km-lik Xaçmaz-Xudat hissəsinin bərpası layihəsi kimi. Çünki sözügedən bu yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. R1 Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz-Xudat hissəsi III texniki dərəcəyə uyğun bərpa olunur. Tikinti layihəsinə uyğun yolun köhnə asfalt-beton örütüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağı bərkidilir, həmçinin çiyin hissələrin də xüsusi material verilərək bərkidilməsi işləri aparılır. Yolun hərəkət hissəsi hazır olan ərazilərdə isə artıq asfaltlanma işlərinə başlanılıb. Bu işlər yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 3 layın döşənməsi işləri aparılmaqla 180 min kv.m sahəni əhatə edəcək.