"Citigroup": Bu il neft tədricən ucuzlaşacaq
İqtisadiyyat 09 Fev 2018 11:09:44 270 0
Bu il ABŞ-da hasilat 11 mln. barel/gün həddinəə çatacaq
Analitiklərin fikrincə, neft bazarı tələbin zəiflədiyi mövsümə yaxınlaşır. Bununla yanaşı, ABŞ-da neft hasialtı ötən həftə 10 mln. barel/gün səviyyəsini ötüb və tarixi rekord səviyyəyə çatıb. Son zamanlar ABŞ-da aktiv neft quyularının sayında sabitlik neft treyderlərinin bir qədər nikbin olmasına gətirib çıxarsa da, hasilatın kəskin artması uzun mövqelərin sürətlə azaldılımasına səbəb ola bilər.
"Citigroup" yayın sonuna qədər ABŞ-da neft hasilatının 11 mln. barel/günü ötə biləcəyini bildirir. ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) isə hasilatın 11 mln. barel/gün həddinə IV rübdə çatacağını proqnozlaşdırır.
"Citigroup" ilk rübdə "Brent" markalı neftin orta qiymətinin 65 dollar/barel, II rübdə 58 dollar/barel, III rübdə 54 dollar/barel, IV rübdə isə 52 dollar/barel olacağını ehtimal edir.