ABŞda federal qurumlar yenidən bağlanır


Dünya 09 Fev 2018 11:05:00 270 0

ABŞda federal qurumlar yenidən bağlanır

ABŞ Konqresi yeni büdcə qəbul etməyib və bununla əlaqədar ABŞ-da federal qurumlar yenidən bağlanır. 

Son.az xəbər verir ki, bu barədə report BBC-yə istinadən xəbər verir.

Əvvəlki "şatdaun" (shutdown) yanvarın 20-dən 23-dək olub və üç həftə müddətinə müvəqqəti büdcənin qəbul edilməsi ilə yekunlaşıb. Bu büdcənin müddəti yerli vaxtla gecə yarısı başa çatıb, bundan sonra federal qurumlar həyati vacib funksiyalar istisna olmaqla, bütün fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, bu həftə demokratlar və respublikaçıların Senatdakı rəhbərliyi xərclərin əhəmiyyətli artımını təmin edən yeni uzunmüddətli büdcə layihəsi üzrə razılığa gəlmişdi. Lakin Kentukki ştatından olan və federal hökumətin xərclərinin artırılmasına qarşı çıxan mühafizəkar senator Rend Pol təkbaşına Palatanın iclasını elə uzadıb ki, gecə yarısına qədər səsverməni təşkil etmək mümkün olmayıb.

Senat fasiləyə ayrılıb və büdcəni qəbul etmək üçün gecə yarısından sonra yenidən toplaşacaq.