"Azərişığ"a "ASAN xidmət" vasitəsilə 284 sahibkar müraciət edib


Digərləri 09 Fev 2018 11:03:00 273 0

"Azərişığ"a "ASAN xidmət" vasitəsilə 284 sahibkar müraciət edib

Yanvar ayında “Azərişıq” ASC-yə "ASAN xidmət" vasitəsilə 284 sahibkar müraciət edib.

Bakı. Yanvar ayında “Azərişıq” ASC-yə "ASAN xidmət" vasitəsilə 284 sahibkar müraciət edib. ASC-dən Trend-ə verilən məlumata görə, prosedurların sadələşdirilməsi sahibkarların işini asanlaşdırıb. Xəbər verildiyi kimi, “Azərişığ”ın “ASAN xidmət" vasitəsilə abonentlərə göstərdiyi xidmətlər artıq bütün regionları əhatə edir. Bu səbəbdən yanvar ayı ərzində “ASAN xidmət" və “ASAN kommunal" mərkəzləri vasitəsilə daxil olan müraciətlərin sayı əvvəlki aylarla müqayisədə artıb. Daha dəqiqi, qurumun göstərdiyi xidmətlər arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq fəaliyyəti ilə bağlı elektrik şəbəkəsinə qoşulma xidmətində prosedurların azalması, eyni zamanda, məişət abonentlərinə işıq çəkilməsinin ölkənin bütün “ASAN xidmət" mərkəzlərini əhatə etməsi müraciətlərin sayına yaxşı mənada təsir edib.