Rəqqasənin keçmiş ərinin iddiası doğru çıxdı


Dünya 09 Fev 2018 10:33:00 311 0

Rəqqasənin keçmiş ərinin iddiası doğru çıxdı

Rəqqasə Tanyeli ilə keçmiş əri Yusuf Uğur Sadıkoğlu arasında 8 ildir davam edən "atalıq davası" başa çatıb.

Son.az Vatan-a istinadən xəbər verir ki, məhkəmə Tanyelinin oğlu Taylanın (33) Yusuf Sadıkoğlundan olmadığı qərarını verib.

Qeyd edək ki, 1990-cı ildə 5 yaşı olar Taylanı Yusuf Uğur Sadıkoğlu oğul kimi qəbul edib soyadını vermişdi. 2010-cu ildə isə məhkəməyə müraciət edərək Taylanın onun əsl oğlu olmadığını iddia etmişdi. "Tanyeli məni aldatdı. Taylan mənim uşağım deyil. DNT testi edilməsini istəyirəm" deyə məhkəmədə iddia qaldırmışdı. Tanyeli isə keçmiş ərinin reklam məqsədi ilə yalan söylədiyini önə sürərək, "Uşağın ondan olduğunu çox yaxşı bilir" demişdi. 


Xəbərə aid fotolar