Qusarda mağaza qarət olunub (FOTO)


Digərləri 09 Fev 2018 10:34:00 270 0

Qusarda mağaza qarət olunub (FOTO)

Qusar Rayon Polis Şöbəsinə Kuzunqışlaq kəndindəki mağazadan oğurluq edilməsi barədə müraciət daxil olub.

Bakı. Qusar Rayon Polis Şöbəsinə Kuzunqışlaq kəndindəki mağazadan oğurluq edilməsi barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla mağazadan 700 manat pul, 1ədəd “HP” markalı kompüter, 1 ədəd printer, 1 ədəd “Nokia” markalı mobil telefon, 91 qutu müxtəliv növ tütün məmulatı və ərzaq məhsullarının oğurlandığı məlum olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şühbəli bilinən 3 nəfər saxlanılıb. Baxış zamanı əvvəllər məhkum olmuşlar - Xacmaz rayon sakini Saleh Osmanov, Xudat şəhər sakinləri İsmayıl Həsənov və Mirzağa Cəlilovun üzərindən metal linglər, qara maska və əlcək aşkar olunub.