Azərbaycan neftinin qiymətində DƏYİŞİKLİK
Digərləri 09 Fev 2018 10:19:00 240 0
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,57 dollar və yaxud 2,30% azalıb.
Son.az report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 66,61 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Mənbə: milli.az